Leisegang
Kolposkop – uşaqlıq boynu xərçəngi və xərçəng öncəsi xəstəliklərin erkən aşkarlanmasında istifadə olunan optik cihazdır. Bu cihaz vasitəsilə aparılan müayinə kolposkopiya adlanır. Kolposkopiya zamanı biopsiya götürmək və dəyişilmiş hissələrin şəklini çəkmək mümkündür. Bu cihaz vasitəsilə prosesin kompüterləşdirilməsi və məlumatın arxivləşdirilməsi diaqnostikanın keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Kolposkop şəkli 6-40 dəfə böyüdür. Böyütmə vasitəsilə patoloji ocağın olmasını, onun formasını, rəngini, səthini və yerləşməsini təyin etmək olar. Rəngli filtrin istifadəsi uşaqlıq boynunun invaziv xərçənginin diaqnostikasında daha yaxından kömək edir. Kolposkopun arxa yuxarı hissəsinə yerləşdirilən kamera vasitəsi ilə tibbi personal xəstə ziyarətləri arasındakı dəyişiklikləri asanlıqla izləyə, kolposkopik müayinələri müqayisə edə və kolposkop şəkillərinin qeydiyyatını apara bilər.
|