Az Ru En

ŞÖBƏLƏRİMİZ / Krioterpiya

Krioterapiya  

Kriosauna tibbi prosedurdur və həkim nəzarəti altında həyata keçirilir. Kriosauna -180 dərəcədən və maye azotdan ibarət xüsusi bir cihazdır. 

Kriosauna qəbul edərkən insanın dərisi ilk saniyələrdə kəskin şəkildə soyuyur. Bu reaksiya qan dövranının sürətlənməsinə gətirib çıxarır və nəticədə bədən temperaturu yüksəlir. Kriosauna dərinin rəngini və tonunu yaxşılaşdırır. Dərinin dərin qatlarında qan dövranının sürətlənməsi nəticəsində arıqlama və sellülitlərdən azad olma prosesi də aktivləşir. 

Kriosauna xüsusilə artıq çəkidən azad olma, depressiya, dayaq-hərəkət sistemi xəstəlikləri, allergiya, eyni zamanda soyuqdəyməyə qarşı müqaviməti artırmaq və yuxunu normallaşdırmaq üçün çox faydalıdır. Lakin diabet, ürək-damar sistemi xəstəlikləri, hipertoniya, kəskin respirator infeksiyalar zamanı kriosauna tövsiyə edilmir.  

 

Kriosaunanın faydaları: 

- İmmun sisteminin gücləndirir; 

- Bir prosedurdan sonra 1300-1400 kalori yandırılır; 

- Qan dövranını və metabolik prosesləri yaxşılaşdırır; 

- Xoşbəxtlik hormonlarını artırır, nəticədə əhval-ruhiyyə yaxşılaşır.  


Əks göstərişlər: 

- Yüksək təzyiq; 

- Qan xəstəlikləri; 

- Bədxassəli şişlər; 

- Daxili orqanlarda iltihablı proseslər; 

- Ürək-damar xəstəlikləri;  

- Psixi pozğunluqlar; 

- Klostrofobiya; 

- Tromboza meylilik; 

- Kəskin və yoluxucu xəstəliklər. 

BİZİMLƏ ƏLAQƏ

Azərbaycan Respublikası Az 1095, Bakı şəhəri
Ünvan:
 M.Useynov küç. 65 (Funikulyorun yaxınlığında)
Tel.:
 (+994 12) 437-18-10/ 437-18-25
Mob.: (+994 50) 290-35-46/ (+994 50) 290-28-36
Email: [email protected]

© Copyright SEBA 2023 | Created by Lider Web Studio