Koreya Şərq Təbabəti haqqında məlumat
Koreya təbabəti qədim tarixə malikdir. Klassik şərq təbabəti ənənələrini özündə təcəssüm etdirən Koreya təbabətini fərqləndirən əsas cəhət quruluşuna görə insan bədənini dörd tipə ayıran Sasanq Konstitusiyasıdır. Bu nəzəriyyəyə əsasən, insan orqanizminin fərdi xüsusiyyətləri nəzərə alınaraq pasiyent ümumi müalicə üsulları ilə deyil, fərdi yanaşma metodu ilə müalicə olunur. Həkim pasiyentin yaşını, cinsini, həyat tərzini, fəaliyyət növünü, orqanizmin enerji və su balansını, sümük-əzələ kütləsini, zülal, mineral və yağlarını nəzərə alaraq müalicə və pəhriz təyin edir.