Az Ru En

KOREYA ŞƏRQ TƏBABƏTİ ŞÖBƏLƏRİ / Müalicə üsulları

Akupunktura (adi, tüstü, Akupunktura Infrared ilə)

Akupunktura (iynəbatırma) qədim Şərq təbabətində ən geniş yayılmış müalicə üsullarından hesab edilir. Akupunktura ilə əzələ-oynaq xəstəlikləri, allergik xəstəliklər (allergik rinit, konyunktivit, bronxial astma və s.) və s. müalicəsi uğurla həyata keçirilir. Eyni zamanda seçilmiş nahiyələrə iynələr düzüldükdən sonra həmin nahiyəyə qan dövranını yaxşılaşdırmaq və bədən temperaturunu yüksəltmək məqsədilə infraqırmızı işıq verən Infrared cihazı tətbiq olunur.

 

Elektrik akupunktura

Seçilmiş nahiyəyə batırılan iynələrə aşağı tezlikli elektrik ötürülməsi ilə ağrı, iflic, sinir xəstəlikləri, piylənmə və bir çox başqa xəstəliklərin müalicəsi aparılır.  

Moksoterapiya (müalicəvi ot yandırılması ilə) (direkt tüstü, siqara, kiçik və orta moksalar)
İnsan orqanizmində müəyyən orqanlara və enerji kanallarına nüfuz edən yüzlərlə nöqtə mövcuddur. Həmin nöqtələrə istilikvermə ilə bədənin daxili istiliyi balanslaşdırılır, enerji kanalları açılır və pasiyentin şikayəti üzrə olan xəstəlik müalicə edilir. Moksoterapiya vasitəsi ilə daxili orqanlarla bağlı olan xəstəliklərin, eyni zamanda travma, ağrı sindromları, psixi pozğunluqlar, epilepsiya və s. xəstəliklərin müalicəsi aparılır.
Vakuum terapiya
Vakuum terapiyası xüsusi vakuum bankaları vasitəsi ilə orqanizmə təsir edən ağrısız, yüksək təsirli müalicə metodlarındandır. Vakuum bankalarının təsiri altında dəri və yumşaq toxumalar genişlənir və bu zaman qan dövranı, maddələr mübadiləsi yaxşılaşır, toksin və digər zərərverici maddələr orqanizmdən kənarlaşdırılır, toxumaların regenerasiya prosesi tezləşir. Orqanizm qan, oksigen və qidalandırıcı maddələrlə təmin olunur. Vakuum terapiyasının ev şəraitində qoyulan bankalardan fərqi onun daha effektiv olması və xüsusi nöqtələrə tətbiq edilməsidir.
Vakuum qanalma
Durğunlaşmış qanı orqanizmdən xaric edərək xəstəliyi müalicə edən və sağlamlığı möhkəmləndirən bu müalicə üsulu çox qədim tarixə malikdir. Bu üsulda ən vacibi qanı hansı nahiyədən, nə qədər və necə çıxarmaqdır. Vakuum müalicəsi qan dövranı yaxşı olmayan nahiyələrdə qan dövranını yaxşılaşdırır və durğunlaşmış qan səbəbindən qıcıqlanan sinir reseptorlarını sakitləşdirir. Bədəndən xaric edilən miqdarda yeni qan yaranır və maddələr mübadiləsi sürətlənir. Bu müalicə üsulu xroniki yorğunluq, stress, həzm pozğunluğu, yüksək təzyiq, yuxusuzluq, ağrı, sinir sistemi funksiyasının balans pozğunluğu səbəbi ilə yaranan müxtəlif xroniki simptomlar zamanı effektli olur.


Müalicə üsulları şöbəsinin həkimləri

ÇOİ QAYA

Professor

(2014 - bu günə qədər)

Təhsili: Təhsil aldığı illər Təhsil müəssisəsinin adı 2001 Kyung Hee Universitetinin Şərq Təbabəti Kolleci 2004 Kyung Hee Universiteti,...

© Copyright SEBA 2024 | Created by Lider Web Studio