Az Ru En

KOREYA ŞƏRQ TƏBABƏTİ ŞÖBƏLƏRİ / Fizioterapiya

Fizioterapiya

Klinikamızda əsasən sümük-əzələ sisteminin, baş, boyun, çiyin, bel, dirsək ağrıları, yırtıq, skolioz, kifoz kimi xəstəliklərin fizioterapevtik müalicəsi həyata keçirilir.

Əzələ xəstəlikləri zamanı ilk öncə hər bir əzələ üçün Trigger nöqtələri (TP) müəyyənləşdirilir. Daha sonra Trigger nöqtələrinin terapiyası (TP Terapiyası), miyofasiyal terapiya, funksional masaj, elektroterapiya, tibbi idman hərəkətləri, dartınma, zərbə dalğalı terapiya üsullarının köməkliyi ilə müalicələr aparılır. İlkin olaraq əsas məqsəd ağrını 40-50%-ə qədər azaltmaqdır.

Skoliozu olan xəstələr üçün müalicə alman texnologiyası olan Schroth üçölçülü skolioz terapiyası əsasında aparılır. Yetkin yaşlarda skoliozun müalicəsində əsas məqsəd ağrı və nəfəs almada olan narahatlığı aradan qaldırmaqdır.
BM-750, 760 (Biomed H2)

“İnterferensial cərəyan terapiyası” adlanan bu üsul vasitəsi ilə dəri səthinə bağlanılmış elektrodlardan gələn müxtəlif orta tezliklərdən (təxminən 4000 Hz) istifadə edilərək əzələ ağrısına bənzər ağrılar yüngülləşdirilir və azaldılır.
HM-801 Microwave Diathermy
Mikrodalğalı diatermiya cihazı toxuma və əzələ daxilinə daha dərindən nüfuz edərək qan dövranını artırır. Dərini artıq dərəcədə isitmədən bərabər şəkildə qızdırılmanı təmin edir.

İstifadəsinə göstərişlər:

- Əzələ və oynaq ağrıları

- Sinir mənşəli ağrılar

NeoBath - LED infraqırmızı lampa
Uzunmüddətli elektrik gücə malik, aşağı enerjili bu cihaz aşağıda adları sadalanan xəstəliklərin müalicəsi zamanı effektiv təsirə malikdir.

İstifadəsinə göstərişlər:

- Xroniki prostat vəzi iltihabı

- Babasil

- Qəbizlik

- Bel ağrıları

- Ginekoloji xəstəliklər

AUTOTENS SLG-3NP (aşağı tezlikli elektroterapiya)
Bu cihaz əzələlərin cərəyan vasitəsi ilə masaj edilməsi, əsəblərin sakitləşməsi və qan dövranının yaxşılaşması ilə ani ağrıların aradan qaldırılmasını təmin edir. Cihaz dəri vasitəsi ilə nazik elektrik impulslarını sinir uclarına göndərərək həm kəskin, həm də xroniki ağrıları yüngülləşdirir və zamanla aradan qaldırır.

İstifadəsinə göstərişlər:

- Sinir ağrıları

- İflicin müalicəsi

  

Manual terapiya

Onurğa və əzələ-oynaq sistemində yaranmış ağrılar, spazmaları aradan qaldırmaq üçün təyin edilən bu müalicə üsulundan sonra qamət düzələrək sərbəst hərəkət təmin edilir. Terapiya müddəti ən az 30 dəqiqə olaraq təyin edilir.

 

 



Fizioterapiya şöbəsinin həkimləri

KİM DO Hİ

Fizioterapevt

(03.02.2022 - 19.12.2022)

Təhsili: Təhsil aldığı illər Təhsil müəssisəsinin adı 2010-2015 Daewon Universitet Kolleci, Fiziki terapiya 2020 EUJİ Universiteti,...

© Copyright SEBA 2024 | Created by Lider Web Studio