Az Ru En

KOREYA ŞƏRQ TƏBABƏTİ ŞÖBƏLƏRİ / Diaqnostik müayinə cihazları

 

YANDORAK cihazı
Orqanizmin müsbət və mənfi enerji nisbətini və ümumi energetik vəziyyətini təyin edir. Bu üsul ayrı-ayrı orqanların fəaliyyətinə, qan dövranı və vegetativ sinir sisteminə nəzarət etməyə imkan verir.
MEQÇİNQİ cihazı
Qan damarlarının elastiklik növünü (mövcud 60 müxtəlif növ) təyin edir. Bu parametrlər əsasında qanın ürəyə daxilolma gücü və qan damarlarının elastiklik dərəcəsi müəyyən edilir.
OMD 3000 BİOENERGETİK ANALİZATOR cihazı
Orqanizmin bioenerjisini zəif elektrik qıcıqlarına olan reaksiya əsasında ölçür. Alınmış nəticələr əsasında orqanizmin real vəziyyəti, qan dövranı, ayrı-ayrı orqanların funksional vəziyyəti və bir çox başqa parametrlər müəyyənləşdirilir.
INBODY cihazı
Orqanizmin tarazlığına hərtərəfli baxışı təmin edir. Bunun üçün əl və ayaq elektrodları vasitəsilə orqanizmə təhlükəsiz, aşağı səviyyəli cərəyanlar göndərilir. Orqanizmin tərkib hissəsi olan su, zülallar, minerallar, yağ və sümük kütləsinin ümumi miqdarı təyin edilir. Bədən kütləsi indeksinə əsasən boy və çəki barədə məlumatlardan istifadə edilərək piylənmə dərəcəsi təyin olunur, bədəndəki əzələ kütləsinin inkişafının adekvatlığı qiymətləndirilir.
EXBODY cihazı
Əzələ-skelet deformasiyalarının biomexaniki səbəblərini və əzələ vəziyyətini analiz etmək üçün bədənin tarazlığını araşdırır, eyni zamanda 3D modelləşdirmə sistemi vasitəsilə əzələ-skelet sistemi problemlərini təyin edir. Müayinə nəticələrinə əsasən idman tapşırıqları təyin olunur, əzələ dartınması və yığılması ilə əlaqədar əzələ-skelet deformasiyaları müəyyən olunur.
MARK-VU cihazı
Bir sıra çoxspektrli işıq diodlarının (LED) köməyi ilə yüksək səviyyəli optiklərə malik dəqiq qurulmuş üz analiz sistemidir. Bu sistem vasitəsilə üz dərisinin tipini, piqmentasiya, yağlılıq, qırışların dərəcəsi, dəri məsamələri və nəmliyi müəyyən etmək mümkün olur.

SA-3000P cihazı

Barmaq uclarındakı impuls dalğası siqnalı ilə qanın elastikliyi və ürəyin bir dəqiqə ərzində vurduğu qan miqdarı ilə arterioskleroz (damar sərtləşməsi), periferik qan dövranı pozğunluğu və digər ürək-damar sistemi xəstəliklərinin gedişatını ölçə bilər. Ateroskleroz kimi geniş yayılmış xəstəliyin yarandığı damarlar arteriyalardır. Burada – koronar arteriyada aterosklerotik qan trombositi əmələ gəlir. O, xolesterin, iltihablı hüceyrələr və fibrozdan ibarətdir və arteriyada qan axını üçün nəzərdə tutulan sahəni kiçildir.

 

HRV (Ürək ritminin dəyişməsi)

HRV – adətən hər saniyə dəyişir və daxili və ya xarici mühitin təsirlərinə məruz qalan avtonom (vegetativ) sinir sistemində homeostazın tarazlığını qiymətləndirən göstərici olaraq istifadə olunur. Xroniki və ya kəskin stress səviyyəsini və ürək-damar xəstəliklərinin simptomlarını obyektiv ölçmə metodu olan bu metod peşəkarlar və mütəxəssislərə yaxşı məlumdur. Normal insanların ürək ritminin dəyişməsi ürək problemləri olanlara nisbətən daha mürəkkəbdir.

 

Test öncəsi xəbərdarlıqlar:

1-Məşqdən (idman hərəkətlərindən) dərhal sonra test etməyin.

2-Test zamanı danışmayın və ya hərəkət etməyin.

3-Normal nəfəs alın. Nəfəsalma sürətindəki dəyişikliklər ürək ritmi nəticələrinin dəyişməsinə səbəb ola bilər.

4-Testdən ən azı 2 saat əvvəl spirtli içki, qəhvə və siqaretdən istifadə etməyin.

 

 

© Copyright SEBA 2024 | Created by Lider Web Studio