Az Ru En

ŞÖBƏLƏRİMİZ / Ozonoterapiya

Ozonoterapiya

Ozon qazı üç oksigen atomundan ibarət güclü oksidləşdiricilərdən biridir. Ozon terapiyası atmosferdən daha yüksək təzyiq altında və 100% oksigen ehtiva edən bir mühitdə tətbiq edilən müalicə üsuludur. Normal şəraitdə havada 21% oksigen olur. Ozon terapiyası zamanı yüksək təzyiq altında 100%-ə qaldırılan oksigen nisbəti sayəsində qanda həll olunan oksigenin miqdarı artır və nəticədə ətraf toxumalara gedən oksigenin miqdarında da artım müşahidə olunur. Bu yolla bir çox xəstəlikləri müalicə etmək mümkün olur. Ozon terapiyası orqanizmə müxtəlif yollarla ozon qazı verilməsi ilə və ya ozon qazına məruz qalmış xəstənin öz qanının verilməsi nəticəsində yaranan oksidləşdirici stressdir. Orqanizm bu idarə oluna bilən stressə qarşı antioksidant mexanizmlərini, immun sistemini və digər neyrohumoral mexanizmləri işə salır və orqanizmdə bir növ “fizioloji peyvənd” effekti yaranır. 

Ozon terapiyasından hansı hallarda istifadə olunur: 

• Allergiya və sinusit (haymorit)  

• Dağınıq skleroz (MS) 

• Diabet 

• Revmatoid artrit 

• Xroniki yorğunluq sindromu 

• Degenerativ artrit 

• Xroniki infeksiyalar 

• Sistit 

• Miqren 

• Xroniki ağrı zamanı  

• Ankilozan Spondilit (Bexterev xəstəliyi)  

• Hipertoniya 

• Hipertiroidizm (Haşimoto xəstəliyi) 

• Çölyak xəstəliyi (Qlüten enteropatiyası)  

 

Əks göstərişlər:

  • Daxili qanaxmalar
  • Zəif qan laxtalanması
  • Tromblar, qıcolmalar
  • Miokard infarktı
  • Qalxanvari vəzinin hiperfunksiyası
  • Alkoqol intoksikasiyası
  • Kəskin pankreatit
BİZİMLƏ ƏLAQƏ

Azərbaycan Respublikası Az 1095, Bakı şəhəri
Ünvan:
 M.Useynov küç. 65 (Funikulyorun yaxınlığında)
Tel.:
 (+994 12) 437-18-10/ 437-18-25
Mob.: (+994 50) 290-35-46/ (+994 50) 290-28-36
Email: [email protected]

© Copyright SEBA 2023 | Created by Lider Web Studio