Az Ru En

ŞÖBƏLƏRİMİZ / Nevrologiya

NEVROLOGİYA

Klinikamızda peşəkar həkim-nevropatoloqlar tərəfindən beyin və onurğa qan dövranı pozğunluğu (işemik, dissirkulyator, ensefalopatiya), beyin və onurğa travmaları, ekstrapiramid xəstəliyi (parkinsonizm, xoreya, əzələ distrofiyası, murreta sindromu), epilepsiya, proqressiv əzələ-sinir xəstəlikləri (miasteniya, miotoniya, polimiozit, miokloniya), funksional pozğunluqlar (nevroz, depressiya, vegetativ pozğunluqlar, astenik, enurez, afalgiya), periferik sinir sistemi xəstəliklərinin (osteoxondroz, nevrit, radikulit, neyropatiya) müayinə və müalicəsi həyata keçirilir.

 

Elektroensefaloqrafiya (EEQ)

- Beynimizin yaydığı biopotensialların kompüterin köməyi ilə qeydə alınmasıdır.

- Müayinə zamanı orqanizmə elektrik və şüa təsiri olmur.

- İnsan sağlamlığına heç bir mənfi təsiri yoxdur.

 

Nə zaman istifadə edilir?

- Nevroloji xəstəliklərin diaqnostikası zamanı;

- Miqren, klaster, gərginlik, xroniki baş ağrıları zamanı;

- Baş gicəllənmələri zamanı;

- Epilepsiyalar və şüurun (huşun) itməsi ilə nəticələnən patologiyalar zamanı;

- Əsəbilik, nevroz, depressiya, panik atak zamanı;

- Səbəbsiz halsızlıq, tez yorulma zamanı;

- Ətraflarda keyimə hissi və digər hissi pozulmalar, əzələ qüvvəsinin azalması, yerişin dəyişməsi, müvazinət pozğunluğu, ətraflarda qeyri-ixtiyari hərəkətlər, tiklər, əsmələr zamanı;

- Serebrovaskulyar xəstəliklər zamanı;

- İnsult zamanı;

- Qıcolmalar zamanı;

- Yaddaş pozulmaları zamanı;

- Demensiya zamanı;

- Yuxu pozulmaları zamanı;

- Parkinson zamanı;

- Hiperhidroz zamanı;

- Əllərdə tərləmə zamanı;

- Ensefalopatiyalar (diabetik, metabolik) zamanı;

- Koma zamanı;

- Kəkələmə zamanı;

-  Enurez zamanı;

- Meningit və beynin yaşa uyğun olaraq formalaşmasının müəyyən edilməsi zamanı;

-  Uşaqlarda nitq inkişafının ləngiməsi zamanı;

-  Xüsusilə epilepsiya xəstəliyinin aşkarlanması, növlərinin müəyyənləşdirilməsi və müalicə üsulunun seçilməsində EEQ-nin mühüm rolu vardır.

 



Nevrologiya şöbəsinin həkimləri

Dr. İsmət Qasımzadə

Nevroloq
Koreya Şərq Təbabəti Klinikasının direktoru

Təhsili: Təhsil müəssisəsinin adı Fakültə/İxtisas Təhsil aldığı illər Ölkə Azərbaycan Dövlət Tibb İnstitutu Müalicə...

© Copyright SEBA 2024 | Created by Lider Web Studio