Siemens Luminos Fusion Luminos Fusion qabaqcıl texnologiyanı səmərəli şəkildə özündə birləşdirən bütün orqanların müayinəsi üçün rəqəmsal rentgenoskopiya sistemidir. Sistem istifadə rahatlığı və sübut edilmiş etibarlılığı sayəsində görüntü dəqiqliyi, şüalanma dozasını 90%-ə qədər azaltma və yüksək keyfiyyətli görüntü təklif edir. Luminos Fusion sistemi dəqiq görüntülər əldə etmək üçün yüksəktezlikli güclü generator və CAREMATIC – avtomatik ekspozisiyasının idarə edilməsi funksiyası ilə birlikdə yüksək keyfiyyətli nəticələr təmin edir. Bundan başqa cihazın CAREFILTER funksiyası daxil olan şüa dozasını azaltmaq üçün mis əsaslı proqram filtrlərinin seçilməsini, CAREMATIC funksiyası ekspozisiya parametrlərinin avtomatik tənzimlənməsini, CAREPROFILE funksiyası radiasiyaya məruz qalmadan kollimasiyanı, CAREPOSITION funksiyası son çəkilən görüntüyə əsaslanaraq (LIH) əlavə radiasiyaya məruz qalmadan pasiyentlərin tez və asanlıqla yerləşdirilməsini təmin edir.
Rentgen
|