Az Ru En

Digər cihazlar / Nihon Kohden 38 channel (Elektroensefaloqrafiya)



EEQ (Elektroensefaloqrafiya) – Nihon Kohden 38 kanallı EEQ cihazı

EEQ müayinəsi beynimizin yaydığı biopotensialların kompüterin köməyi ilə qeydə alınmasıdır. Müayinə zamanı orqanizmə elektrik və şüa təsiri olmur. Bu səbəbdən də insan sağlamlığına heç bir mənfi təsiri yoxdur. Nevroloji xəstəliklərin diaqnostikası, müalicəyə çətin tabe olan müxtəlif növ baş ağrıları (miqren, klaster, gərginlik, xroniki baş ağrıları), baş gicəllənmələri, epilepsiyalar və şüurun (huşun) itməsi ilə nəticələnən patologiyalar, əsəbilik, nevroz, depressiya, panik atak, səbəbsiz halsızlıq, tez yorulma, ətraflarda keyimə hissi və digər hissi pozulmalar, əzələ qüvvəsinin azalması, yerişin dəyişməsi, müvazinət pozğunluğu, ətraflarda qeyri-ixtiyari hərəkətlər, tiklər, əsmələr, serebrovaskulyar xəstəliklər, insult, qıcolmalar, yaddaş pozulmaları, demensiya, yuxu pozulmaları, parkinson, hiperhidroz, əllərdə tərləmə, uşaqlarda nitq inkişafının ləngiməsi, ensefalopatiyalar (diabetik, metabolik), koma, kəkələmə, enurez, meningit və beynin yaşa uyğun olaraq formalaşmasının müəyyən edilməsi zamanı EEQ çəkilir. Xüsusilə epilepsiya xəstəliyinin aşkarlanması, növlərinin müəyyənləşdirilməsi və müalicə üsulunun seçilməsində EEQ-nin mühüm rolu vardır. 

 

 

Nevrologiya

© Copyright SEBA 2024 | Created by Lider Web Studio