Ultrasəs – iltihab əleyhinə və tonuslayıcı təsirə malikdir. O, toxumalarda diffuziya prosesini və maddələr mübadiləsini sürətləndirir. Zimmer cihazının ultrasəs dalğalarının köməyi ilə dərman maddələri dərinin 6 sm dərinliyinə kimi nüfuz edir. Toxumalara nüfuz edən mexaniki enerji biokimyəvi reaksiyaların sürətlənməsini həyata keçirən istilik enerjisinə çevrilir, turşu balansının bərpasını stimullaşdırır. Beləliklə limfatik drenaj meydana gəlir və nəticədə ödemlər azalır. Toxumalar oksigenlə zənginləşərək birləşdirici toxumaların elastikliyi artır, toxumaların regenerasiyası sürətlənir.
Fonofarez – ultrasəs dalğalarının köməyi ilə bədənə dərman maddələrinin yeridilməsi üsuludur. Bu üsulun köməyi ilə orqanizmə həm dərman vasitələri, həm də ultrasəs dalğaları müsbət təsir göstərir.
İstifadəsinə göstərişlər:
Əks göstərişlər: