Az Ru En

Elektrostimulyasiya

Elektrostimulyasiya – impulslu cərəyan vasitəsilə orqan və toxumaların funksiyasının bərpa edilməsi və aktivliyinin artırılmasıdır. Cərəyan tezliyinin artıb azalması nəticəsində hüceyrə membranında ionların konsentrasiyasının ani olaraq dəyişməsi hüceyrənin oyanma qabiliyyətinin də dəyişməsinə səbəb olur.

Fizioterapevtik müalicə üsullarından biri də elektroforezdir (bu üsula həmçinin “ionoforez”, “ionoterapiya”, “ionohalvanizasiya” da deyilir). Bu, ən sınanmış və öyrənilmiş fizioterapiya üsullarından biridir.

Elektroforez orqanizmə iltihabəleyhinə təsir göstərir, əzələləri boşaldır, mübadilə proseslərini normallaşdırır, müxtəlif orqan və toxumaların qidalanmasını yaxşılaşdırır.

Elektroforez zamanı istifadə olunan dərmanların dozaları çox kiçikdir. Lakin bu, effektli müalicə üçün tam kifayət edir. Əgər dərman bu dozada peroral (ağızdan), damardaxili və ya əzələdaxili şəkildə orqanizmə daxil edilərsə, o zaman dərman lazım olan müalicəvi effekti verməyəcək. Elektrik cərəyanı dərmanın aktivliyini artırır və bu səbəbdən dərman az dozalarda belə effektli nəticə verir. Elektroforezdən həm müalicəvi, həm də profilaktik vasitə kimi istifadə olunur.

Elektroforezdən həmçinin müxtəlif xəstəliklərin kompleks müalicəsində də istifadə olunur və sağalmanı sürətləndirir. Bu müalicə üsulu uşaqlarda və böyüklərdə xroniki tonzillit (angina), xroniki haymorit, xroniki bronxit və s. xəstəliklərin profilaktikasında ən təsirli vasitələrdən biri sayılır.

İstifadəsinə göstərişlər:

  • Ürək-damar sistemi xəstəlikləri
  • Ateroskleroz
  • Hipertoniya
  • Hipotoniya
  • Cərrahiyyə əməliyyatlardan, travmalardan, iltihablardan sonra əmələ gəlmiş çapıqların, bitişmələrin müalicəsi zamanı
  • Oynaqlar və sümüklərin patologiyaları zamanı (artrit, poliartrit, osteoxondroz, onurğa sütunu protruziyaları və yırtıqları)
  • Sinir sistemi patologiyaları (radikulit, nevralgiya və s.)
  • Vətərlərin gərilməsi və zədələnməsi, ödemlər, ağrı sindromu

 

Əks göstərişlər:

  • Şiş xəstəlikləri
  • Ürək çatışmazlığı
  • Yüksək hərarət
  • Kəskin iltihablar
  • Ekzema, dermatit
  • Elektrodlar qoyulan yerdə yaraların, kəsiklərin olması
  • Elektrik cərəyanına qarşı dözümsüzlük
  • İstifadə olunan dərman preparatına qarşı allergiya
© Copyright SEBA 2024 | Created by Lider Web Studio