Az Ru En

Elektroterapiya

Zimmer cihazı vasitəsi ilə aparılan müalicə üsulu əzələ atrofiyasını, sinir toxumasının keçiriciliyini bərpa edir, əzələnin tonusunu, yığılma və iş qabiliyyətini artırır. Sinir toxumasının keçiriciliyini bərpa edir, hərəki aktivliyi artırır. İmpulslu cərəyanın damar genişləndirici təsiri nəticəsində toxumada qan və limfa dövranı yaxşılaşır, mübadilə sürətlənir, anaerob qlikoliz və oksidləşmə-bərpa prosesləri güclənir. Toxumanın qidalı maddələrlə təchizatı artır, parçalanma məhsullarının daşınması sürətlənir. Eyni zamanda əzələdə ATF-in miqdarı, fermentlərin aktivliyi artır, əzələnin energetik potensialı yüksəlir. Toxumanın trofikası bərpa olunur, regenerasiya sürətlənir.

Cərəyan impulslarının təsiri altında əzələlərin yığılması sayəsində artıq piylər orqanizmdən xaric edilir, yağların əriməsi prosesi sürətlənir, tədricən sellülit aradan qalxır və əzələ quruluşu inkişaf edir.

Qan dövranının aktiv stimulyasiyası sayəsində hərəkətverici əzələlər möhkəmlənir, yağ mübadiləsi bərpa olunur, qan dövranı tənzimlənir, dərinin quruluşu yaxşılaşır, həmçinin şlakların orqanizmdən çıxarılması stimullaşdırılır.

İstifadəsinə göstərişlər:

  • Mərkəzi və periferik tipli parezlər
  • Poliradikulonevritlər
  • Neyropatiyalar
  • Pleksitlər
  • Nevritlər
  • Atrofiyalar
  • Onurğa sütunu travmaları
  • Oynaq xəstəlikləri
  • Ostexondroz
  • Uşaqlıq və uşaqlıq artımlarının xroniki iltihabi xəstəlikləri
  • Dismenoreyalar
  • Amenoreyalar
  • Sonsuzluq
© Copyright SEBA 2024 | Created by Lider Web Studio