Tekar terapiya – reabilitasiya və fizioterapiya sahəsində innovativ metod olub, orqanizmin hüceyrə regenerasiyasını həyata keçirmək üçün istifadə edilir. Bu müalicə metodu vasitəsilə yüksək tezlikli elektrik cərəyanı orqanizmə elektromaqnit dalğaları şəklində daxil olur və terapevtik təsir göstərir. Termal enerji toxumaların daha dərin qatlarına sirayət edərək qan damarlarını genişləndirir, iltihabı və ödemi azaldır. Tekar terapiya əzələ, oynaq və vətərlərə müsbət təsir göstərir, travma almış nahiyyənin bərpasını sürətləndirir. Tekar texnologiyasından əməliyyatdan sonrakı bərpa dövründə toxumaların bərpası və orqanizmin möhkəmləndirilməsi məqsədi ilə istifadə edilir.
Bu təsir mexanizmi hüceyrələrin intensiv stimullaşması, qan damarlarının genişlənməsi və daxili temperaturun artmasına səbəb olur. Bu da təbii bərpa proseslərinin sürətlənməsinə təkan verir.
Bu müalicə metodunun effektivliyi aşağıdakı sferalarda təsdiqlənib:
Tekar terapiya aşağıda sadalanan xəstəliklərdə daha effektiv hesab edilir:
Əks göstərişlər: