Maqnit terapiya insan orqanizminə fasiləli və aşağı tezlikli maqnit sahəsi ilə molekulyar səviyyədə təsir edərək hüceyrə daxilində maddələr mübadiləsini artırır, hüceyrə keçiriciliyini yaxşılaşdıraraq iltihab və ödem əleyhinə, sedativ, ağrıkəsici təsir edir. Qan damarlarını genişləndirir, qanın qatılığını və damarlarda tromb əmələ gəlməsini azaldır, yerli qan dövranını yaxşılaşdıraraq toxumalara oksigenin çatdırılmasına kömək edir.
Maqnit terapiya aşağıdakı xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə olunur:
- Qan-damar sistemi xəstəlikləri: hipertoniya (I-II dərəcə), ürəyin işemik xəstəliyi (I-II stabil stenokardiya ilə), revmatizm, vegetativ damar distoniyası, infarkdan sonrakı kardioskleroz, tromboflebit, Reyno sindromu, damarların aterosklerozu, diabetik angiopatiya, xroniki venoz çatışmazlıq, limfatik pozğunluq
- Mərkəzi və perferik sinir sistemi travmaları, onurğa və onurğa beyni travmaları, onurğa beyni qan dövranı pozğunluqları, beyin qansızmaları, nevritlər, onurğa osteoxondrozu
- Əməliyyat sonrası reabilitasiya məqsədi ilə
Əks təsirləri:
- Kəskin hipotoniya
- Bədxassəli şişlər
- Hamiləlik
- Ürək-damar çatışmazlığı (III-IV dərəcə)
- Anevrizma
- Epilepsiya
- Uşaqlar (2 yaşa qədər olan körpələr)