Zərbə-dalğa terapiya – dayaq-hərəkət sisteminin müasir və effektiv müalicə üsuludur. Bu unikal müalicə üsulu səs dalğalarının tibbi məqsədlə istifadəsinə əsaslanır. Müalicə proseduru çox aşağı tezlikli (eşidilməyəcək dərəcədə) səs dalğaları (akustik dalğalar) yaradan BTL 6000SVT cihazı vasitəsilə aparılır.
Akustik dalğalar cihazın təmas etdiyi nahiyədə toxumalara yayılaraq sümüyə qədər nüfuz edir. Bu müalicə üsulu öz sadəliyinə və effektivliyinə görə geniş istifadə edilir. Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də osteofitləri parçalama xüsusiyyətinə malikdir. Ultrasəs dalğaları ağrı nahiyəsinin 3-4 sm dərinliyinə qədər ötürülür. Bu dalğalar müxtəlif tezliklərdə təsir edir. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsium yığıntıları tədricən parçalanaraq yumşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir.
İstifadəsinə göstərişlər: