Vestibülyar aparatın disfunksiyası səbəbindən yaranan başgicəllənmə. Vestibülyar aparat – daxili qulaqda yerləşən, bədənin müvazinətini saxlayan duyğu orqanıdır. Vestibülyar aparatın içində limfa mayesi vardır. Lakin müxtəlif səbəblərdən iltihab nəticəsində maye qatılaşaraq xırda daşlar əmələ gətirir və bu səbəbdən limfa dövranı pozulduqda başı çevirərkən və ya qaməti dəyişərkən başgicəllənmə əlamətləri yaranır. Klinikamızda vestibülyar aparatın funksiyasını tənzimləyən xüsusi fizioterapiya və Koreya bitki mənşəli dərmanlar, həmçinin akupunktura müalicəsi ilə başgicəllənmə əlaməti azalır və pasiyentin vəziyyətində müsbətə doğru dəyişiklik hiss edilir.