Az Ru En

Akupunktura (iynəbatırma)

Hər bir insan bədənində 650 nöqtə mövcuddur ki, bunlara təsir edərək müxtəlif xəstəlikləri müalicə etmək, orqanizmin ümumi vəziyyətini, həyat enerjisini tənzimləmək mümkündür.

Akupunktura metal iynələrin təsiri ilə insan orqanizminin bioloji aktiv nöqtələrinə təsir etməklə aparılan müalicə metodudur. Akupunktura bir çox xəstəliklərin (müxtəlif nevritlər, onurğa sütununun osteoxondrozu, artrozlar, nevroz və s.) müalicəsində uğurla tətbiq edilir.

Seans zamanı 6-12 ədəd iynə (iynələr individualdır) problemdən asılı olaraq lazım olan nöqtələrə və lazım olan dərinliyə batırılır. İnsan bu zaman cüzi və qısamüddətli ağrı hiss edə bilər. Bütün iynələr yerləşdirildikdən sonra həkim müalicəvi təsiri gücləndirmək üçün onları çevirməyə başlayır.

Akupunktura seansından sonra orqanizmdə endorfinlər əmələ gəlməyə başlayır. Düzgün aparılmış prosedurdan sonra hətta anesteziyasız cərrahi əməliyyat da etmək mümkündür.

Akupunkturanın ağrıkəsici, stimulyasiyaedici, sakitləşdirici və iltihaba qarşı effektiv təsirləri vardır. Xəstəliyin ilkin dövründə müalicə aparılarsa maksimal effekt əldə etmək mümkündür.Prosedorun müddəti və miqdarı həkim tərəfindən individual olaraq təyin olunur.

Quru iynələmə (dry needling)

Əzələdə toxumanın bərpa olunmasını təmin etmək üçün ən təsirli üsullardan biri də quru iynə terapiyasıdır. Quru iynələmə hər hansı bir dərman olmadan yalnız iynə ilə əzələ və yumşaq toxumaların oyadılması ilə aparılan müalicə üsuludur. İstifadə olunan iynələr son dərəcə nazikdir və prosedur zamanı heç bir ağrı hiss olunmur. Xüsusilə fibromiyalgiyanın müalicəsində ən yaxşı üsullardan biridir.

İstifadəsinə göstərişlər:

  • Trigger nöqtə xəstəliyi (miofassiyal ağrı sindromu)
  • Fibromiyalgiya
  • Bel və boyun kirəclənməsi ilə bağlı ağrılar
  • Bel və boyun yırtıqları
  • Tendinit
  • Çiyində ağrı

 

© Copyright SEBA 2024 | Created by Lider Web Studio