Onurğanın, oynaqların və daxili orqanların manipulyasiya vasitəsilə bərpası mümkün olan kayropraktika (yunanca cheir-əl barmağı, praxis-hərəkət etdirmək deməkdir) üsulu ən qədim müalicə metodlarındandır. Baş beynin davamı olan onurğa beyni fəqərələrin arxasında yerləşir və orqanizmimizə gedən sinirlərin baş beyinlə əlaqəsini tənzimləyir. Hər hansı bir səbəbdən fəqərələrdə yaranan dəyişikliklər (travma, yırtıq, stress, duruş pozğunluqları) yerdəyişmələr tədricən onurğa beyninə təsir edir. Belə bir vəziyyətdə beyinlə vücud arasındakı əlaqələrdə əskikliklər yaranır. Bunlar çox zaman özünü ağrı və funksional pozğunluqlar (qəbizlik, tərləmə, yuxusuzluq) şəklində büruzə verir. Kayropraktik müalicə üsulu onurğadakı bu problemləri dərmansız, əl vasitəsilə manipulyasiya edərək aradan qaldırır və beləcə beyinlə vücud arasında sağlam əlaqə bərpa olur. İstifadəsinə göstərişlər:
|