Onurğanın bel və boyun nahiyəsində bəzən ağrılar əmələ gəlir. Bu, disklərin sürüşməsi, qabarması nəticəsində baş verir. Belə hallar baş verdiyində fəqərəarası sinirlər sıxılır və əzələ spazmı artır. Manual terapiya fəqərəarası disk qabarmalarında, ostexondrozun ilkin mərhələlərində qısa müddətdə xəstənin vəziyyətini yaxşılaşdırır, ağrılarını azaldır. Manual terapiya vasitəsilə qamət düzələrək sərbəst hərəkət təmin edilir, əzələlərdə qanın mikrosirkulyasiyası yüksəlir, əzələ tonusu möhkəmlənir, əzələ bağları elastikləşir. Bu müalicə üsulu ilə qısa vaxtda oynaqların hərəkət həcmi bərpa olunur, bel və boyunda, oynaqlarda ağrılar azalır, əzələ gərginliyi keçir. Son illər manual terapiyanın daxili üzvlərin müalicəsi ilə məşğul olan Visseral xiropraktika sahəsi öz effektivliyinə görə daha geniş tətbiq olunur. Bu üsulla aşağıdakı xəstəliklərdə yaxşı nəticələrə nail olmaq olur:
İstifadəsinə göstərişlər:
Əks göstərişlər:
|