Az Ru En

Limfodrenaj

Limfodrenaj – limfa durğunluğunun xüsusi manjetlərin köməkliyi ilə sorulmasıdır. Limfodrenaj bütün orqanizmdə qanın sirkulyasiyasını artıraraq kompleks müalicəni təmin edir, artıq maye və zərərli maddələrin orqanizmdən xaric edilməsinə kömək edir, su balansını bərpa edir, venoz qan dövranını yaxşılaşdırır. Dəridə və dərialtı piy təbəqəsində mübadilə proseslərini yaxşılaşdırır, aktiv lipoliz təsir edərək bədən çəkisini azaldır, sellülitlərin əmələ gəlmə səbəblərini aradan qaldırır.

Təsir mexanizmi:

  • Limfa sisteminin işini yaxşılaşdırır.
  • Venoz trombozun qarşısını alır.
  • Xroniki venoz çatışmazlığını müalicə edir və qarşısını alır.
  • Revmatik artritləri müalicə edir.
  • Qanın sirkulyasiyasını yaxşılaşdırır.
  • Bağırsağın işini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.
  • Fiziki gərginlik, yorğunluq və yuxusuzluğu müalicə edir.
  • Dərinin tonusunu, elastikliyini və hamarlığını bərpa edir.
  • “Yorulmuş ayaq” sindromunu müalicə edir.
  • Stress vəziyyəti zamanı yaxşı effekt verir.
© Copyright SEBA 2024 | Created by Lider Web Studio