Son dövrlərdə fizioterapiya və reabilitasiya sahəsində ən effektiv yüksək tezlikli maqnit müalicə metodu - funksional maqnit stimulyasiyası hesab edilir. Həm qadın, həm də kişilərdə sidik ifrazat sistemi pozğunluqları, əməliyyatdan və ya doğuşdan sonra daha sürətli reabilitasiya, cinsi pozğunluqlar və çanaq əzələ patologiyaları zamanı yaranan xroniki ağrılarda bu müalicə metodu yüksək nəticə əldə etməyə imkan verir.
Funksional maqnit stimulyasiyası zamanı istifadə olunan Tesla Care cihazı çanaq əzələləri patologiyaları və sidik ifrazı pozğunluqlarının müalicəsi üçün hazırlanmışdır. Cihazın yaratdığı impulslu maqnit sahəsi elektrodlara ehtiyac olmadan çanaq əzələlərinin açılıb yığılmasına səbəb olur.
FMS-in üstünlükləri:
- · Dərin əzələ toxumalarının stimullaşdırılmasına imkan verir, 8 sm dərinliyə kimi siraət edir.
· 3 Tesla stimulyasiya funksiyasına malikdir. · Dəriyə birbaşa təmas olmadan əzələ toxumasını təsirli şəkildə stimullaşdırır. · Ağrısızdır, invaziv deyil, bu da digər maqnit terapiyalarının istifadəsinə əks göstəriş olan xəstələr üçün uyğundur. · Aplikator bədənə sabitlənə bilər və ya fizioterapevt proseduru əllə həyata keçirə bilər. · Ağrısız olduğu üçün vaginal və rektal elektrodlardan istifadəyə əks göstərişlər olan pasiyentlərə tam uyğundur.
Təsir mexanizmi: · Həm səthi, həm də dərin əzələlərin əzələ tonusunun bərpasına və tənzimlənməsinə imkan verən əzələ toxumalarının yığılmasına səbəb olan güclü bir maqnit sahəsinin sinir reseptorlarına təsiridir.
- · Qan dövranını və metabolik prosesləri yaxşılaşdırır, əzələlərə, qan damarlarına və yağ toxumalarına təsir göstərir.
İstifadəsinə göstərişlər: · Uroloji reabilitasiya – sidik qaçırma pozğunluğu (müxtəlif mənşəli), gecə enurezi, nikturiya (gecə tez-tez sidiyə çıxma) · Ginekoloji reabilitasiya – abortdan sonra reabilitasiya, doğuşdan sonrakı reabilitasiya, vaginal tonusun azalmasının bərpası, çanaq əzələlərinin disfunksiyasından qaynaqlanan cinsi istəksizlik, aybaşı pozğunluqları, uşaqlığın və sidik kisəsinin orta formalı enməsi, cinsiyyət orqanlarının prolapsı, xroniki çanaq ağrıları, əzələ atrofiyalarına bağlı yaranan ağrı və spazmlar
- · Androloji xəstəliklərin reabilitasiyası - radikal prostatektomiya əməliyyatlarından sonrakı reabilitasiya, xroniki prostatit, cinsi zəiflik, erektil disfunksiya
- · İdman zədələri reabilitasiyası
- · Nevroloji reabilitasiya - periferik sinir sistemi zədələnmələri, insult, Tunel sindromu, nevrit
- · Dayaq-hərəkət sistemi reabilitasiyası - degenerativ artrit, revmatoid artrit, boyun ağrıları, əzələ ağrıları
- · Geriatrik reabilitasiya
- · Reproduktiv sistemin xəstəlikləri
- · Ortopedik reabilitasiya - sınıqlardan sonra əzələ və sinir sistemi reabilitasiyası
- · Onurğa sistemi xəstəliklərinin reabilitasiyası -kəskin və xroniki radikulit, işias, spina bifida, spondilit
- · Estetik problemlər: sellülit, dəri və dərialtı toxuma turqorunun itirilməsi
Əks göstərişlər: · Hamiləlik · Bədxassəli şişlər · Stimulyasiyaya yaxın nahiyədə əzələ cırılması · Kardiostimulyatorlar · Ferromaqnit metaldan ibarət implant · Ürək aritmiyası · Qulaqda eşitmə aparatı
|